• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2043
— 19.09.2018 15:06

Şəmkirdə “Aqrar Məhəllə” yaradılacaq

KepezTV Player

Şəmkirdə 100 hektar ərazidə yaradılması planlaşdırılan “Aqrar Məhəllə” layihəsinin təqdimatı olub. Məqsəd əhalinin həyat şəraitinin və məşğulluq səviyyəsinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, göyərti istehsalının yeni innovasiyalardan istifadə edilməklə genişləndirilməsi, vətəndaşlar arasında sahibkarlıq vərdişlərinin və özünüməşğulluq imkanlarının inkişaf etdirilməsidir. Layihə əsasında həyata keçirləcək bütün proseslər Azərbaycanda kənd təsərrüfatının intensiv inkişafına, o cümlədən regional inkişafı dəstəkləmək missiyasına əsaslanır. Layihədən daha çox sahibkarlıqla məşğul olmaq istəyən gənc ailələr yararlana biləcək. İlkin mərhələdə 1000 nəfərin işlə təmin olunması planlaşdırılır.

Kamil Yusifov - Şəmkir Dövlət Aqrar İnkişaf mərkəzinin direktoru: Həmin sahə 10 sotdan bölünərək aşırma yolu ilə 1000 ədəd istixana komleksi yaradılacaq. Həmin istixana kompleksində göyərtilər yetişdiriləcək. Yetişdirilən göyərtilər Azərbaycanda və ölkəmizdən kənarda satılacaqdır.

 

Natiq Hüseyn