• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2138
— 19.09.2018 13:27

Yol qəzasına düşən şəxs evində öldü

KepezTV Player

Qubada yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxs evində dünyasını dəyişib. Qəza sentyabrın 10-da rayonun Rustov kəndi ərazisində baş verib. "Daewoo Nexia" və "Renault" markalı iki maşın toqquşub. Həmin qəzada ağır yaralanan şəxslərdən biri, "Renault" markalı avtomobilin sürücüsü, Rustov kənd sakini 64 yaşlı Hikmət Nəsirov öz evində dünyasını dəyişib. Qeyd edək ki, yol-nəqliyyat hadisəsi zamanı "Daewoo"-nun sürücüsü, Qubanın Afurca kənd sakini, 55 yaşlı Namiq Siracov və Hikmət Nəsirovun nəvəsi, 16 yaşlı Aytac Nəsirova də xəsarət alıb.