• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2371
— 18.09.2018 16:48

Dövlət Baytarlıq Xidmətinin rəisi Samuxda proflaktik tədbirlərin gedişi ilə maraqlanır

KepezTV Player

Samuxda iri buynuzlu heyvanlar dabaq xəstəliyinə qarşı peyvənd edilir. Proflaktik tədbirlərlə yerində tanış olan  Dövlət Baytarlıq Xidmətinin rəisi Bayandur Rzayev fermerlərin təklif və müraciətlərini dinləyib. 
Ətlik-südlük heyvandarlıq təsərrüfatını gəzən Dövlət Baytarlıq Xidmətinin rəisi Bayandur Rzayev mal-qaranın saxlanma və yemlənmə şəraiti, peyvəndləmə tədbirləri ilə maraqlanıb. 

Bayandur Rzayev Dövlət Baytarlıq Xidmətinin rəisi: Məqsədimiz respublikamızda epizootik durumun qorunub saxlanılması, baş verə biləcək infeksion xəstəliklərin dərhal qarşısının alınması və onlara ciddi mübarizə tədbirləri aparmaqdır. 

Xidmət rəisi təsərrüfatlarda ferma binaları, doğum, sağım və buzovluq bölmələri, yem istehsalı sahəsi, əkinçilik təsərrüfatı və digər köməkçi sahələrlə tanış olub.

Ramiz Quliyev təsərrüfat sahibi: Təsərrüfatımızda elə bir ciddi xəstəlik aşkarlanmayıb. Nə isə bir xəstəlik olandada Samux rayon Baytarlıq İdarəsinin həkimlərini çağırırıq gəlib müalicələrini edirlər. 

Təsərrüfat sahiblərinin müraciəti, arzu və təklifləri dinləniliib, heyvanların sağlamlığının təmin edilməsi ilə bağlı müvafiq tövsiyələr verilib, eləcə də baytar həkiminin iştirakı və tövsiyəsi olmadan heyvanlar üzərində özbaşına müalicə, peyvəndləmə və profilaktik tədbirlərinin aparılmasının yolverilməz olduğu qeyd edilib. 

Bayandur Rzayev Dövlət Baytarlıq Xidmətinin rəisi: Hər hansı bir tədbir apararkən mütləq baytar həkimin nəzarərtində o tədbirlər aparılmalıdır. Baytar həkiminin tövsiyyələrindən və məsləhətlərindən istifadə olunsun. Ona görə də vətəndaşlardan xüsusi ilə də fermerlərdən xaiş edirəm ki o cür tədbirlərin aparılmasında mütləq baytar həkimlərinə müraciət etsinlər. 

Sentyabrın 10-dan etibarən respublikada dabaq xəstəliyinə qarşı peyvəndlənmənin aparılması üçün yerli baytarlıq idarələrinə 1 milyon 811 min doza vaksin paylanılıb. 

Natiq Hüseyn