• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1646
— 18.09.2018 14:13

Üç nəfəri döyüb mobil telefonunu aldılar

KepezTV Player

Sabirabadda quldurluq edən şəxs saxlanılıb. Rayonun Nizami kəndində 4 nəfərin kənd sakinləri Mahir Hidayətovu, Murad Cəbrayılovu və qardaşı Nicatı döyməsi, Mahir Hidayətovun velosipedini və mobil telefonunu alması barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub. Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən rayonun Qaragüney kənd sakinləri - Ceyhun Muradov, Xəyal Fətişov və Sakit Nuruşov saxlanılıb, digər bir nəfər isə müəyyən olunub. Araşdırmalar davam etdirilir.