• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2192
— 18.09.2018 13:50

66 yaşlı qadını öldürən şəxs saxlanıldı

KepezTV Player

Sumqayıtda törədilən qətlin üstü “isti izlər”lə açılıb. Sentyabrın 13-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində 66 yaşlı Minayə Həsənlinin üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı evdə tapılıb. Daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rövşən Məmmədov saxlanılıb.Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.