Bu günə xəbərlərin oxunma sayı: 892
— 17.09.2018 15:06

Azərbaycan Dövlət Aqrar Universitetinin 17 tələbəsinə əlavə təqaüd veriləcək

KepezTV Player

Ölkə rəhbərinin tapşırığına uyğun olaraq Azərbaycan Dövlət Aqrar Universitetini bitirən 13 tələbə işlə təmin olunacaq, eləcə də bu il ali məktəbə qəbulda yüksək nəticə göstərən 17 tələbəyə 100 manat məbləğində əlavə təqaüd veriləcək. Bilik günü münasibətilə tələbə-müəlimlərin yanında olan kənd təsərrüfatı naziri İnam Kərimov maddi-texniki bazası möhkəmlənən universitetin ölkəni ixtisaslı kadrlarla təminatı baxımından görüləcək işlərdən də danışıb.

Bu il aqrar Universitetin bakalavr pilləsini fərqlənmə ilə bitirən 10 nəfər, magistr pilləsini bitirən 3 nəfər tələbə Gəncə və ətraf bölgələrin Dövlət Aqrar İnkişaf Mərkəzlərində işlə təmin olunacaq.

Samirə Musayeva - məzun: ADAU-nun ekologiya Mühəndisliyi ixtisasını bu il fərqlənmə ilə bitirmişəm. İxtisasımı sevirəm. Ətraf mühitin çirklənməsinin qarşısının alınmasında ekoloji tarazlığın pozulmasının qarşısının alınması burada əsas vəzifə sayılır. Universiteti mütəxəssis olaraq bitirdim. Bu gün sevincliyəm ki, işlə təmin olunmuşam.

Məhəmməd Zeynalov - məzun: ADAU-nun topraqşünaslıq və aqrokimya ixtisasını fərqlənmə diplomu ilə bitirmişəm. Tədris ili müddətində Türkiyədə təcrübədə olmuşam. Hazırda universitetimiz bizi işlə təmin edir. Bu onun sayəsindədir ki, cənab prezidentin qeyri neft sektoruna olan qayğısı nəticəsində biz işlə təmin olunmuşuq.

Ali məktəbi bitirdikdən sonra işlə təminat gənclərin aqrar sektora olan marağını artırır. Bunun bariz nümunəsidir ki, bu il universitetin qəbul göstəricisi 98% olub. Ali məktəbin azərbaycan, rus və ingilis dili bölmələrinin bakalavriat səviyyəsinə 29 ixtisas üzrə 1292, magistratura səviyyəsinə 30 ixtisas üzrə 127 tələbə qəbul olub. 6 tələbə 600-dən yuxarı bal toplayıb.

Zaur Salaov - tələbə: 640 balla aqrar universitetə qəbul oldum. İxtisasım mühasibat uçotu və auditdir. Uşaqlıqdan da hesab sahəsinə marağım vardı.

Aydan Osmanova - tələbə: Bakı şəhərindən gəlmişəm. 561 bal toplayaraq aqrar universitetin baytarlıq ixtisasına daxil olmuşam. Daxil olduqdan sonra öyrəndim ki, yüksək bal toplayan uşaqlara əlavə təqaüd verirlər. Bu da məni ayrıca ruhlandırdı.

İnam Kərimov kənd təsərrüfatı və digər ixtisaslar üzrə yüksək bal toplayan tələblərlə görüşdə Aqrar İnkişaf Könüllüləri hərəkatında innovativ fikirili gənclər üçün hər cür şərait yuaradıldığına diqqət çəkib.

Universitetin fakültələri, laboratoriya və tədris mərkəzləri, yataqxanaları ilə tanış olan kənd təsərrüfatı naziri akademik Cəlal Əliyevin adına auditoriyanın da açılışında iştirak edib. Sonda yüksək bal toplayan tələbələr mükafatlandırılıb.

 

Xaliq Qurbanlı