• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2247
— 17.09.2018 14:55

GDU-da "Bilik günü" münasibətilə tədbir keçirilib

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən 2018-2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında Gəncə Dövlət Universitetinə 40 ixtisas üzrə 1565 nəfər plan yerinə qarşı 1482 nəfər qəbul olunub. Beləliklə plan yerlərinin 94,5 faiz dolduğu GDU-da son 10 ildə qəbul faizində ən yüksək göstərici qeydə alınıb. bu barədə universitettdə bilik günü münasibətilə təşkil olunan mərasimdə vurğulanıb. Qəbul imtahanlarında 600 və daha yüksək bal toplayan abituriyentlərdən 14 nəfəri Gəncə Dövlət Universitetini seçib. Universitetə 500 və daha yüksək balla daxil olan tələbələrin sayı isə 101 nəfər olub. Ali təhsil müəssisəsinin fakültələri arasında ən yüksək göstərici Xarici dillər və Filologiya fakültələrində qeydə alınıb. Qarşıdakı illərdə hazırda universitetin müvafiq kafedralarında işləyən, bu illər ərzində özünü əmək intizamlı işçi kimi göstərən, daha bilikli və bacarıqlı laborantlar, eləcə də tədris koməkçi heyətdən olanlar kadrlar, yaxud doktorantura və dissertantura mərhələsini uğurla başa vuran gənclər universitetdə pedaqoji fəaliyyətə cəlb ediləcəkləri önə çəkilib.