• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1633
— 17.09.2018 14:37

Gəncə güləş məktəbinin yetirməsi Qran-Pridə gümüş medala sahib olub

KepezTV Player

Gəncəli güləşçi Murad Süleymanov Belarusun paytaxtı Minskdə 3 qat olimpiya çempionu Aleksandr Medvedin şərəfinə həsr olunmuş Qran-Pridə gümüş medal qazanıb. Gənc pəhləvan bu uğura 86 kq çəkidə nail olub. Süleymanov finala qədər Çin, Peru və Slovakiyadan olan rəqiblərini mübarizədən kənarlaşdıraraq həlledici mərhələyə yüksəlib. Finalda isə yerli güləşçiyə uduzan Nizami yurdunun yetirməsi yarışı ikinci pillədə tamamlayıb. Turnirdə sərbəst güləş millimiz ümumilikdə 2 qızıl, 3 gümüş və 1 bürünc mükafata yiyələnib.

 

Orxan Cəfərzadə