• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1005
— 17.09.2018 13:28

Qəzalar ölümlə nəticələndi

KepezTV Player

Şəmkirdə baş verən qəzalarda iki nəfər dünyasını dəyişib. Qəzalardan biri Şiştəpə kəndi ərazisində olub. "Mercedes" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində sonuncu maşında olan iki nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Göstərilən təcili və təxirəsalınmaz tibbi yardımlara baxmayaraq, VAZ 2107-nin sürücüsü 55 yaşlı Vəkil İsmayılovun həyatını xilas etmək mümükün olmayıb. Sürücü xəstəxanada dünyasını dəyişib. Digər yaralının vəziyyəti isə orta-ağır kimi qiymətləndirilir. Daha bir yol qəzası isə Şəmkir şəhəri ərazisində qeydə alınıb. Aşağı Seyfəli kənd sakini Cəlil Məmmədov idarə etdiyi “VAZ-21150” markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilən sürücü orada ölüb. Hər iki faktla bağlı Şəmkir rayon Polis İstintaq bölməsində araşdırma aparılır.