• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2088
— 17.09.2018 13:21

Qadına qarşı quldurluq edən iki nəfər yaxalandı

KepezTV Player

Bakıda quldurluq hadisəsinin üstü açılıb. Xətai Rayon Polis İdarəsinə müraciət edən rayon sakini şərti adı N.Z olan qadın iki nəfər naməlum şəxsin onu bıçaqla hədələyərək 600 manat və 10000 manat dəyərində qızıl-zinət əşyalarının ələ keçirdiklərini, habelə idarə etdiyi “Changan” markalı avtomobildə ona qarşı əxlaqsız hərəkətlər etdiklərini bildirib. İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zaqatala sakini İntiqam Yunusov və Qax sakini Yaqub Məmmədov saxlanılıblar. Onlar ifadələrində hadisə günü qadını izlədiklərini və zərərçəkən avtomobildən düşən zaman ona yaxınlaşaraq qeyd edilən cinayəti törətdiklərini bildiriblər.Faktla bağlı Xətai Rayon polis İdarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.