• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1188
— 14.09.2018 14:54

Formalarla bağlı məktəblərə göstəriş verilib

KepezTV Player

Yeni dərs ilində valideynləri düşündürən məsələlərdən biri də məktəbli formalarıdır. Təhsil Nazirliyindən bildirilib ki, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, məktəblərdə təhsilalanların geyim forması hər bir təhsil müəssisəsinin daxili nizamnaməsi ilə müəyyən olunur. Məktəbli formalarının haradan alınmasında da valideynlərə heç bir təsir göstərilə bilməz. Valideynlər geyim formasını istədikləri ticarət obyektlərindən əldə edə bilərlər. Gəncədə də artıq bu istiqamətdə məktəblərə şəhər Təhsil İdarəsi tərəfindən müəyyən göstərişlər verilib.

Mətanət Qarayeva - Gəncə şəhər 1 nömrəli tam orta məktəbin direktoru: Qızlar göy və qara rəngli yubkalardan, oğlanlar isə həmin rəngli şalvarlardan istifadə edə bilərlər. Bunula bağlı valideynlərə tövsiyələr verilir. Əgər hansısa valideyn keçən il aldığı məktəbli formasını yararlı hesab edirsə, həmin formanı geyindirə bilər. Bütün hallarda əsas məsələ məktəblilərin ağ köynəkdə məktəbə gəlmələri tövsiyyə edilir. Xüsusəndə isti aylarda. Qış aylarında isə qara və göy rəngli pencəklər tövsiyyə edilir.  

 

Elton Cabbarlı