Bu günə xəbərlərin oxunma sayı: 895
— 14.09.2018 14:35

Yeni dərs ilinin başlanması ilə əlaqədar Gəncə şəhər DYP Şöbəsi gücləndirilmiş iş rejiminə keçir

KepezTV Player

Təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yollarda təhlükəsizliyə nəzarət artırılacaq. Yol polisi valideynlərə xəbərdarlıq da edib: dərs günü şəxsi avtomobillərini yeniyetmələrin idarə etməsinə imkan verməsinlər. Məktəblərin qarşısında sıxlığın aradan qaldırılması üçün də tədbirlər gücləndiriləcək.

Vasif Rüstəmov – DYPŞ-nin inspektoru “Odur ki, nəqliyyat vasitəslərini sürücülərindən xahiş edirik ki, təhsil müəssilərini yerləşdiyi ərazilərdə avtoimobili idarəedərkən sürət rejiminə ciddi əməl etsinlər və dayanma, durma qaydalarını pozmasınlar. Əks halda onların barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcəkdir.