• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1772
— 17.09.2018 14:24

Göygöl rayonunda şəkər çuğundurunun yığımına başlanılıb

KepezTV Player

Bu il məhsuldarlıq yüksəkdir. Fermerlər satış sarıdan da heç bir problem yaşamırlar. Məhsul elə sahədəcə satılır. 

Bəhmən Nəcəfov -fermer: Keçən il mənim məhsuldarlığım yaxşı idi. 10 hektardan 20 min manat xeyr götürdüm. Bu il 30 hektar əkmişəm, məhsuldarlığım da yüksəkdi. Bu il hektara 75 ton gözləyirəm )) 

Bu il Göygöldə şəkər çuğunduru əkən 48 təsərrüfatçının hər birinin gözləntisi yüksəkdir. Bir neçə gündür başlayan yığım prosesi çərçivəsində 16 ha ərazidən 800 ton məhsul toplanıb. Şəkərliliyi 20 faizdən çox olan çuğundurun hamısı İmişli Şəkər Zavoduna göndərilib. 

Alik Abbasov - İmişli Şəkər Zavodunun aparıcı aqronomu: Şumlamadır, kübrələrin qiymətidir, dərmanların qiymətidir, əlavə olaraq 100 manat alaq çəkilməsi üçün mülkiyyətçiyyə pul verilməsi hamısı birlikdə 1234 manat miqdarında pul ayrılır. Hektardan 25-30 ton İmişli Zavoduna şəkər çuğunduru verilərsə zavod tərəfindən ayrılan həmin vəsait ödənilir. Yerdə qalan mülkiyyətçinin xeyri üçün pul verilir.

Şəkər çuğundurunun yığımına 100-ə yaxın canlı qüvvə, 20 texnika cəlb olunub. İşçilərə məvacib günəmuzd ödənilir. 

Gülminaz İsmayılova - çuğundur yığan: Alaq otunu da biz çəkmişik. Yığımı da biz edirik. Sağ olsunlar bizdən ötrü bu cür şərait yaradıblar. Saat 8-də işə başlayırıq, saat 5-də işdən çıxırıq. Çıxanda da əmək haqqımızı alırıq.

Rayon üzrə məhsulun yığımı oktyabrın sonlarında başa çatacaq. Ondan sonra isə torpağın şumlanmasına başlanılacaq.

Elnur Vahidoğlu