Bu günə xəbərlərin oxunma sayı: 892
— 14.09.2018 14:32

Göygöl rayonunun iki kəndinə ilk dəfə təbii qaz verilib

KepezTV Player

Göygöl rayonunun daha iki kəndi qazlaşdırılıb. Şəhriyar və Kərəmli kəndlərinin sakinləri ilk dəfə mavi yanacağın verilməsinə seviniblər.

Aidə Abdullayeva – sakin: Hər gün biz işə gedirik işdən gəlirik. Yancaq sarıdan narahatlığımız vardır. İndi şükür ki o bu problem bu gün həll olundu.

Kəndlərin qazlaşdırılması birpilləli sistem əsasında reallaşıb. 342 abonenti olan Şəhriyar kəndinin qazlaşdırılması üçün 6640 metr uzunluğunda müxtəlif diametrli polietilen, ümumi uzunluğu 19 kilometrdən çox olan metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Mətləb Hüseynov – sakin: İnsanların çoxdanki arzusu reallığa çevrilir. Bizdə bu günə kimi bütün şərait var idi. Yəni normal suyumuz və həyat tərzimiz vardır. Bizim üçün vacib olan qaz məsələsi həll edilir.

Sənayə Allahverdiyeva – sakin: Evimizdə sobamız yanmırdı. Məcburuyduq odun sobasından istifadə edək. Evimizi tez-tez təmir edirdik. Bu gün çox sevinirik ki evimizdə mavi yanacaq olacaq.

100 abonenti olan Kərəmli kəndi də birpilləli sistemlə qazlaşdırılıb. 5800  metr müxtəlif diametrli polietilen, 5100 metrə yaxın  metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Mənzillərdə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Kəndlərə təbii qazın verilməsi münasibətilə keçirilən tədbirin rəsmi hissəsindən sonra rəmzi məşəl alovlandırılıb, evlərdə qaz sobası yandırılıb.

Elman Bayramov – sakin: Turizm zonası olduğuna görə qonaqlkarımız turistlərimiz çox olurlar. Bu qazın verilişi onlarında bir can rahatçılğına səbəb olacaq. Turstlərimizində gözəl istirahətinə şərait yaradacaq.

Göygölün Qızılca, Yeni Qızılca, Sərkar kəndlərində, eləcə də Bəhrambağ qəsəbəsinin qazlaşdırılması prosesi çərçivəsində işlər davam edir. Çaykənddə isə qaz təsərrüfatı yenidən qurulur. Hazırda rayonun 26 yaşayış məntəqəsində 14 minə yaxın abonent mavi yanacaqdan istifadə edir.              

 

Natiq Hüseyn