• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 922
— 14.09.2018 13:31

Oğul ata-anasını ağır yaraladı

KepezTV Player

Daşkəsəndə ailə münaqişəsi zəminində tükürpədici cinayət törədilib. Oğul öz doğma valideynlərini baltalayıb.

Dəhşətli cinayət rayonun Qabaqtəpə kəndində baş verib. 74 yaşlı İlyas Bağırov və həyat yoldaşı, 64 yaşlı Tamara Bağırovaya onlarla birgə yaşayan oğulları Firdovsi Bağırov balta ilə ağır xəsarətlər yetirib. Yaralılar yaxınlarının köməyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Firdovsi Bağırovun hadisəni törədərkən sərxoş olduğu bildirilir. O, narkotik maddə istifadəçisi olduğu üçün bir neçə il məhkumluq həyatı yaşayıb, bir müddət əvvəl həbsdən çıxıb və həyat yoldaşından ayrılaraq, ata-anasının yanında qalıb.

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları hadisəni törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirirlər. Faktla bağlı cinayət işi açılıb.