• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1113
— 13.09.2018 16:37

“Kəpəz” Seneqallı legionerləri bəyənmədi

KepezTV Player

21 yaşlı futbolçular arasında Avropa Çempionatı-2019-un seçmə mərhələsinin oyunları səbəbindən I divizionda yaranmış fasilə başa çatır. Bu gün aşağı liqada 3-cü tura start veriləcək. Tur çərçivəsində “Kəpəz” sabah meydana çıxacaq. “Sarı-göylər” doğma divarlar arasında “Neftçi”nin əvəzedici heyətini qəbul edəcək. Komanda qarşıdakı oyuna hazırlığı Şəmkirdə və Gəncədə keçirib. Hələ ki, çempionatda xal qazana bilməyən gəncəlilər əzəli rəqiblə görüşdə uğursuzluğa son qoymaq niyyətindədirlər. Qeyd edək ki, fasilə müddətində “Kəpəz” heyətini gücləndirmək üçün oyunçu axtarışlarını da davam etdirib. Bu məqsədlə düşərgəyə Seneqaldan iki legioner cəlb olunub.  

Azad Rəfi