• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2089
— 13.09.2018 15:36

Gəncədə “Milli təhlükəsizliyə əsas təhdidlərdən biri: dini radikalizm” müzakirə mövzusu olub

KepezTV Player

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan seminar-müşavirədə Gəncə ilə yanaşı, ətraf şəhər və rayonların rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. Qeyd olunub ki, Azərbaycanda dini radikalizmə və ekstremizimə qarşı səmərəli mübarizə tədbirləri həyata keçirilir, ölkədə mövcud olan dini tolerantlıq mühitinin qorunması təmin edilir. Bu gün Azərbaycanda mövcud multikultural dəyərlər bütün dünyada standart kimi qəbul olunur.