• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 700
— 13.09.2018 15:31

Bu il Tovuzlu məzunlar Ali Hərbi Məktəbə daha çox maraq göstəriblər

KepezTV Player

Bu il Tovuz rayonu üzrə 1019 məzun Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında iştirak edib. Onlardan 513 nəfəri müxtəlif ali təhsil ocaqlarına qəbul olunub. 154 məzun  isə orta ixtisas məktəblərini seçib. Təkcə 36 məzun Ali Hərbi Məktəbə daxil olub. Tələbə adını qazananlardan 41 nəfər 600-dən, 97 məzun isə 500-dən çox bal toplayıb. Müəllimlərin ənənəvi sentyabr konfransında məktəblərdə aparılan əsaslı və cari təmir işlərindən də danışılıb. 3 kənddə modul tipli yeni məktəb binasının, 2 tam orta məktəb üçün isə yeni binanın inşa edildiyi diqqətə çatdırılıb. Konfransda uğurlarla yanaşı, bəzi nöqsanlar da diqqət mərkəzində olub. Çatışmazlıqların aradan qaldırılması üçün təhsil işçilərinə tövsiyələr verilib. Ali məktəbə yüksək balla qəbul olunan məzunlar mükafatlandırılıblar.

Natiq Hüseyn