• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1724
— 13.09.2018 15:06

Toydan qayıdan kişini qatar vurub öldürdü

KepezTV Player

Şəmkir rayonunda 36 yaşlı kişini qatar vuraraq öldürüb. Hadisə Bakı-Gürcüstan dəmiryol xəttinin rayonun Keçili kəndi ərazisindən keçən hissəsində baş verib. Toy şənliyindən çıxaraq dəmir yolu xətti ilə piyada hərəkət edən rayonun Çaparlı kənd sakini, Qalib Balayev qatarın fitini gec eşitdiyinə görə lokomotiv onu vuraraq kənara atıb. Ağır bədən xəsarəti alan Qalib Balayev hadisə yerində keçinib.Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.