Bu günə xəbərlərin oxunma sayı: 895
— 12.09.2018 15:04

Gəncədə cüdo üzrə uşaq və yeniyetmələr arasında birincilik keçirilib

KepezTV Player

Yarış 1 saylı Uşaq Gənclər İdman Şahmat Məktəbinin təşəbbüsü ilə reallaşıb. Birincilik məktəblilərin yay istirahəti dövründə asudə vaxtın səmərəli təşkilinə yönəlib. Yarışda Gəncə cüdoçuları ilə yanaşı, ətraf rayonlardan Şəmkir, Göygöl və Samux təmsilçiləri də iştirak edib. Fəxri yerlər uğrunda 2005-2007-ci təvəllüdlü tatami ustaları qüvvəsini sınayıb. Mübarizələrdə 8 çəki dərəcəsi üzrə 100-ə idmançı bacarığını göstərib. Yarışın sonunda ilk “3-lüy”ə düşən cüdoçular mükafatlandırılıb. Onlara medal və diplom təqdim olunub.