• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1149
— 12.09.2018 15:16

Samux və Qazaxda təhsilin vəziyyət müzakirə olunub

KepezTV Player

Bu ilki qəbul imtahanlarında iştirak edən 399 samuxlu məzundan 157 nəfəri universitetlərə, 52 nəfər isə orta ixtisas məktəblərinə qəbul olunub. Məzunlardan 9-u 600-dən, 25 nəfəri isə 500-dən çox bal toplayıb. Rayonda ən yüksək nəticəni 2 nömrəli məktəbin məzunları əldə edib. Samuxda təhsil işçilərinin sentyabr konfransında vakant yerlərə ixtisaslı müəllimlərin qəbul edildiyi, təhsil ocaqlarında cari təmir işlərinin yekunlaşdığı vurğulanıb. Məktəblərdə 3 kimya, 3 fizika və 3 biologiya laboratoriyası qurulub. Hazırda məktəblərə göndərilən dərsliklər şagirdlərə paylanılır. Həyata keçirilən tədbirlər yeni dərs ilində də yüksək nəticələr qazanmağa imkan yaradacaq. Sonda ali məktəblərə yüksək balla daxil olan məzunlara xatirə hədiyyələri təqdim olunub.

Qazax rayonunda da müəllimlərin konfransı keçirilib. Ötən dərs məzun olan 676 nəfərdən 329-u tələbə adını qazanıb. Ali məktəbə qəbul olanlardan 19-u 600-dən, 68-i isə 500-dən yüksək bal toplayıb. Rayonda məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışılıb. 3 kənd tam orta məktəbinin binasında cari təmir işləri yekunlaşıb. Qazax şəhər 2 saylı tam orta məktəbində isə əsaslı təmir işləri davam etdirilir. İclasda təhsil sahəsində mövcud nöqsanlar da ətraflı təhlil edilib. Sonda tələbə adını qazanan məzunlara xatirə hədiyyələri təqdim olunub.

 

Natiq Hüseyn