• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1786
— 12.09.2018 12:19

Kafedə dava edənlər xəstəxanalıq oldular

KepezTV Player

Kafedə müştərilərin dava etməsi iki nəfərin ağır xəsarət alması ilə nəticələnib. Hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən kafelərdən biridə qeydə alınıb. Müştəri 50 yaşlı Vidadi Əlizadə və 39 yaşlı Araz Xəlilovun qonşu masada əyləşənlərlə mübahisələri düşüb. Daha sonra isə əlbəyaxa dava ediblər. Kütləvi dava zamanı Vidadi Əlizadə və Araz Xəlilov döyülüb. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıblar. Xəstəxanadan Vidadi Əlizadənin vəziyyətinin ağır olduğu bildirilib. O tibbi yardımdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. Araz Xəlilov isə ambulator müalicəyə buraxılıb. Sabunçu rayon Polis İdarəsinin əməkdaşları davada iştirak edənləri müəyyənləşdirirlər. Faktla bağlı araşdırmalara başlanılıb.