• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1517
— 11.09.2018 15:15

Şəmkirdə ali məktəbə yüksək balla daxil olan məzunlar mükafatlandırılıb

KepezTV Player

Şəmkirdə tələbə adını qazananlarla görüşdə isə bu il rayon üzrə 1660 məzundan 601 nəfərin ali məktəblərə qəbul olduğu, onlardan 42-nin 600-dən, 79 nəfəri isə 500-dən yüksək bal topladığı vurğulanıb. 212 məzun isə orta ixtisas məktəblərinə qəbul olub. Son dörd illə müqayisədə Şəmkir rayonunda tələbə adını qazanan məzunların sayı iki dəfə artıb. Bundan başqa yüksək bal toplayan məzunların böyük əksəriyyətinin kənd məktəblərini bitirdiyi xüsusi vurğulanıb. Çıxışlarda gənclərə gələcək həyatlarında uğurlar arzulanıb. Sonda ali məktəbə yüksək balla daxil olam məzunlara rayon icra hakimiyyətinin qiymətli xatirə hədiyyələri təqdim olunub. 

Natiq Hüseyn