• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2256
— 11.09.2018 13:12

Piyada keçidi olmayan yerdən yolu keçdi, maşınla vuruldu

KepezTV Player

Paytaxtda piyada keçidi olmayan yerdən yolu keçən şəxsi avtomobil vurub. 36 yaşlı Natiq Quliyev Nərimanov rayonu ərazisində, Ziya Bünyadov prospektində yolu piyada keçidi olmayan yerdən keçmək istəyib. Nəticədə, metronun "20 Yanvar" stansiyası istiqamətində hərəkətdə olan "Merdeces" markalı avtomobil onu vurub. Hadisədən sonra sürücü ərazidən qaçıb. Yaralıya isə ilkin tibbi yardımı şahidlər göstəriblər. Əraziyə təcili tibbi yardım briqadası çağrılıb. Qəza səbəbindən yolda tıxac yaranıb. Yalnız dövlət yol polisi əməkdaşlarının müdaxiləsindən sonra təcili tibbi yardım maşını hadisə yerinə gələ bilib. Yaralı 3 saylı kliniki tibbi mərkəzə çatdırılıb. Həkimlər həyatı üçün təhlükə olmadığı bildiriblər. Piyadanı vuran sürücünün müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirlir.

Qubada da qəza baş verib. Quba-Qonaqkənd yolunun rayonun Rustov kəndi ərazisindən keçən hissəsində "Daewoo Nexia" və "Renault" markalı minik avtomobilləri toqquşub. Nəticədə "Daewoo"-nun sürücüsü, Qubanın Afurca kəndinin sakini, 55 yaşlı Namiq Siracov, "Renault"-un sürücüsü, 64 yaşlı Hikmət Nəsirov və nəvəsi, 16 yaşlı Aytac müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəsarəti daha ağır olan Namiq Siracov paytaxt xəstəxanalarından birinə göndərilib. Digər zərərçəkənlərin vəziyyətləri orta-ağır qiymətləndirilir.

Salyanda üç maşının iştirakı ilə zəncirvari yol qəzası baş verib. Hadisə Ələt-Astara magistralının 79-cu kilometrliyində - rayonun Şorsulu kəndi ərazisində qeydə alınıb. “KaMAZ” markalı yük maşını dönmə əməliyyatını düzgün yerinə yetirməməsi nəticəsində digər eyni markalı yük maşınına, arxadan gələn “Nissan X trail isə “KaMAZ”-a çırpılıb. Qəza zamanı hər üç nəqliyyat vasitəsinə ziyan dəyib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.