• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2286
— 10.09.2018 16:46

Gəncədə təhsil işçilərinin konfransı keçirlib

KepezTV Player

Ötən dərs ilində Gəncə məktəblərini bitirin 2292 şagirdə tam orta təhsil haqqında atestat verilib. Tələbə adını qazanmaq istəyənlərdən 1048 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olub. 195 nəfər isə orta ixtisas təhsili müəsisələrinin tələbəsi adını qazanıb. Gəncədə keçirilən təhsil işçilərinin ənənəvi sentyabr konfransında 264 nəfərin 500-dən, 90 nəfəri 600-dən yuxarı bal toplayıb. 27 nömrəli məktəb-liseyinin məzunu Selcan Məmmədli isə 700 bal toplayıb. Hazırda 1076 şagird yerlik  7 nömrəli tam orta məktəb əsaslı təmir olunur. Növbəti dərs ilinin də uğurlu başa çatması üçün pedoqoji heyyətə məsuliyyətlə çalışmaq və çatışmazlıqları aradan qaldırmaq tapşırılıb.