• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1916
— 10.09.2018 14:01

Narkotiki "ailə biznesi"nə çevirənlər

KepezTV Player

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Şirinbəy  kənd sakini Elvin Cəfərov saxlanılıb. Onun rayonun  Orta Muğan kəndi ərazisində icarəyə götürdüyü bostan bitkilərinin əkilməsi üçün nəzərdə tutulan sahəyə baxış keçirilən zaman oradan xüsusi qulluq olunaraq yetişdirilən ümumi çəkisi 184 kiloqram olan 410 ədəd  çətənə bitkisi aşkar olunaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq həmin sahədən əlavə olaraq qurudulmuş formada 2 kiloqram 700 qram marixuana da müəyyən edilib. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri bu ilin mayında əkdiyini və onlara qulluq edərək yetişdirdiyini etiraf edib.

Elvin Cəfərovun digər ailə üzvü - Amid Cəfərov da bu ilin avqustunda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda təqsirli bilindiyi üçün Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Həmin vaxt Cəfərovun  yaşadığı evin həyətindən qulluq edilərək yetişdirilən və qablaşdırılan 10 ədəd çətənə bitkisi, həmçinin 2 kiloqram 700 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı Amil Cəfərovun həmin narkotik tərkibli bitkiləri qardaşına məxsus sahədə əkib-becərdiyi məlum olub.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb,araşdırmalar davam etdirilir.