• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 753
— 07.09.2018 17:52

Gəncədə psixotrop dərmanlar satan iki bacı saxlanıldı

KepezTV Player

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi ilə Qərb bölgəsi üzrə regional şöbəsi əməkdaşları Gəncədə əməliyyat keçiriblər. Şəhərdə fəaliyyət göstərən iki aptekdən satışı xüsusi lisenziya tələb edən külli miqdarda psixotrop dərmanlar aşkarlanaraq götürülüb. Cinayət əməlinə görə aptekləri işlədən iki bacı saxlanılıb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinə Gəncə şəhərində fəaliyyət göstərən apteklərdə psixotrop dərmanların qanunsuz satışı barədə məlumat daxil olub. Baş İdarə və regional şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında  şəhər sakini Şəlalə Əliyevanın işlətdiyi, Gəncə şəhəri Əziz Əliyev küçəsi döngə 2, ev 8 ünvanında fəaliyyət göstərən, “Xəmsə-2” MMC-yə məxsus aptekə və onun bacısı Kəmalə Bağırovanın Nəriman Nərimanov prospekti, ev 52, mənzil 25 ünanında icarə əsasında işlətdyi aptekə baxış keçirilib. Baxış zamanı onlara məxsus apteklərdən külli miqdarda, satışı qadağan olunmuş, eyni zamanda istifadə müddəti bitmiş və satışı xüsusi lisenziya tələb edən psixotorp dərmanlar aşkarlanaraq götürülüb. 

Etibar Əliyev - baş əməliyyat müvəkkili: Tərkibində psixotrop maddələr olan yəni satışı və dövriyyəsi dövlət tərəfindən xüsusi liseziya ilə nəzarət olunan dərman preparatları bundan əlavə üzərində satışı qadağandır yazılan yəni ki dövlət tibb müəssisələrinə pulsuz verilmiş dərman preparatları eləcədə xeyli miqdarda üzərində göstərilən istifadə müddəti bitmiş və yəni istifadəyə yararsız dərman preperatları həmçinin mənşəyi bilinməyən aşkar olunaraq götürülüb.

Apteklərdən götürülən dərman preparatları ekspertizaya təqdim olunub. Şəlalə Əliyeva və bacısı Kəmalə Bağırova şübhəli şəxs qismində saxlanılıblar. Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsində araşdırmalar davam etdirilir.

Natiq Hüseyn