• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2252
— 07.09.2018 14:29

“Kəpəz” növbəti yoxlama oyununda qüvvəsini sınayıb

KepezTV Player

21 yaşadək futbolçular arasında Avropa Çempionatı-2019-un seçmə mərhələsinin oyunları səbəbindən I divizionda yaranmış fasilə müddətində “Kəpəz” daha bir yoxlama oyunu keçirib. “Sarı-göylər” ölkəmizi UEFA Gənclər Liqasında təmsil edəcək “Qəbələ”nin 19 yaşlılardan ibarət komandası ilə qarşılaşıb. Gəncə şəhər stadionunda keçirilən görüş qolsuz bərabərliklə nəticələnib - 0:0. Nizami yurdunun təmsilçisi bundan öncə yoxlama matçında “Turan Tovuz”a 3:2 hesabı ilə qalib gəlib.

 

Azad Rəfi