• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1563
— 07.09.2018 14:59

Gəncə teatrları yeni mövsümə hazırlaşır

KepezTV Player

Həm dram, həm də kukla teatrında nümayiş etdiriləcək tamaşalar ilk dəfə teatrsevərlərə təqdim olunacaq.

Gəncə Dövlət Dram Teatrı yeni mövsümü gürcü dramaturqu Nodar Dumbadzenin “Hellados” əsəri ilə açacaq. Məşqləri davam edən fəlsəfi tamaşa 90 dəqiqəlikdir. Bu tamaşa iyulda Gürcüstanda teatr festivalında nümayiş olunub.

Əli Qasımov - Gəncə Dövlət Dram Teatrının direktoru – “Həmin festivalda bu tamaşa ən yüksək naminasiya olan birinci dərəcəli diploma layiq görülüb. Bu tamaşa bir neçə dəvətlər də alıb. Yeni tamaşa tetarın son məhsuludur. Onun primyerası olmadığı üçün həmçinin tamaşa da teatrın gən aktyorları olduğu üçün məhz bu tamaşa ilə mövsümü açmağı qərara aldıq. Eyni zamanda tetarımızda səliqə səhman işləri qaydaya salınır. Açılışa kollektiv böyük ruh yüksəkliyi ilə hazırlaşır”.

Səhnə əsrində xalq və əməkdar artistlər, eləcə də gənc aktyorlar rol alıb.  Tamaşaya quruluşu teatrın baş rejissoru İradə Gözəlova verib.

İradə Gözəlova - qurluşçu rejissor – “O vaxtlar Gürcüstanda Yunanlar çox idi. Onlar köçəndə gürcülər onları çox ürək ağırısı ilə vidalaşırdı. Dumbadze bu mövzuya toxunub. Amma Gəncə teatrı buna elə quruluş verdik ki, orada ümumbəşəri mövzu açıldı. Təkcə Gürcüstanın deyil bizim qaçqınlardan, Ukraynanın həmçinin bir çox xalqların ağrısı duyuldu”.

Gəncə Dövlət Kukla Teatrı isə Aybəniz Ağaqızının senarisi əsasında hazırlanan “Tənbəl Əhməd” tamaşası üzərində işləyir. Azərbaycan xalq nağılı əsasında hazırlanan tamaşa 45 dəqiqəlikdir və qəhrəmanları 4 aktoyor canlandırır.

Xudayət Əsgərov - əməkdar artist: Tənbəlliyin daşını atmaq, halal zəhmətə yiyələnmək, yalançılıq eləməmək, haram tikə yiməmək əsasən tamaşanın məğzi bundan ibarətdir. Uşaqlarda tərbiyə qiymətləndirmək ki, böyükləri eşitsinlər”.

Nağəddin Məmmədov - əməkdar artist: Tamaşada öz başına gələn hadisələrlə başqalrına da göstərir ki, tənbəllik insana bədbəxtlik gətirir. Ona görədə zəhmətə alışın ki, qarşıda sizi yaxşı günlər gözləsin.

Səməd Xanəhmədov - aktyor: Divin obrazında bir az uşaqlara yaxın olsun deya mülayinlik vermişik. Bu tamaşamızıda balaca dostlarımız sevəcəklər”.

Dram Teatr 124-cü mövsümə sentyabırın 16-ı, Kukal Teatrı isə 33-ü mövsümə sentyabırın 18-də başlayacaq.

 

Elnur Vahidoğlu