Bu günə xəbərlərin oxunma sayı: 1187
— 07.09.2018 14:52

Şəmkirdə təhsil və səhiyyə ocaqları yenilənməkdədir

KepezTV Player

Şəmkirdə məktəb və xəstəxana binalarının əsaslı təmiri davam edir. Rayonun Kür qəsəbəsində də sosial obyektlər yenilənməkdədir.  

Kür qəsəbə Hacı Zeynalabdın Tağıyev adına 2 saylı tam orta məktəbin binası 42 ildən sonra əsaslı təmirə dayanıb. 1176 yerlik tədris ocağı Təhsil Nazirliyinin sifarişi ilə əsaslı təmir olunur. Əsas işlər tamamlanan binada hazırda daxili kommunikasiya xəttlərinin çəkilişi aparılır. Məktəbin cari ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.  

Etibar Hacıyev - iş icraçısı: Bu gün işlər gedir. Çox yüksək səviyyədə iş aparırıq. Qazanxanası yenidən quruldu. Nasos stansiyası var. İki ədəd 150 kubmetrlik su hovuzu avar. Biri yanğından digəri isə içməli su üçün nəzərdə tutulub. Bütün avadanlıqlar hamısı yenidən qoyulacaq. İstilik sistemi tam yenilənib.

Şəmkir Rayon Mərkəzi Xəstəxanasından sonra rayonun ən böyük tibb müəssisəsi olan Kür qəsəbə xəstəxanası da yenilənir. 54 çarpayılıq tibb ocağında işlər sürətlə davam edir. Kür qəsəbəsi ilə yanaşı rayonun daha bir neçə kəndində də mövcud səhiyyə müəssisələri yenilənməkdədir.

Ayaz İbrahimov - Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi: Kür qəsəbə xəstəxanası səhiyyə nazirliyinin xətti ilə yenidən əsaslı təmir olunuraq əhalinin istifadəsinə veriləcək.  Bundan başqa yerli büdcə hesabına Mutariyyə və Əliyaqublu kənd həkim məntəqələridə təmir olunur.  əhalinin Yaxın vaxtlarda bu səhiyyə yeni tibbi avadanlılqlara təchiz olunaraq əhalinin istifadəsinə veriləcək.

Kür qəsəbəsində təhsil və tibb müəssisələri yeniləndikdən sonra əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində digər layihələrin də icrası nəzərdə tutulub.

 

Natiq Hüseyn