• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1409
— 07.09.2018 12:54

Hər iki qəzada avtomobillər aşdı

KepezTV Player

Bu gün səhərə saatlarında Şəkinin İnçə kəndi ərazisində qəza meydana gəlib. Şəki sakini, 32 yaşlı Asif Qurbanovun idarə etdiyi 99 DP 699 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobil yoldan çıxaraq körpüdən aşıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Şəki sakinləri 26 yaşlı Ceyhun Beydiyev və 22 yaşlı Taleh Mahmudov dərhal Şəki RMX-ya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, çoxsaylı bədən xəsarətləri alan Asif Qurbanov reanimasiya şöbəsinə yerləşdirilib. Ceyhun Beydiyevdə döş qəfəsinin qapalı travması, Taleh Mahmudovda isə sol bud nahiyyəsinin travması müəyyən edilib, müalicələri davam etdirilir.

Şəki-Qax magistral yolunun 3 km-də baş verən qəzada isə Şəki sakini, 32 yaşlı Cabbar Mustafayev idarə etdiyi 55 BN 866 dövlət nömrə nişanlı "Hunday" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil aşıb. Nəticədə sürücü Cabbar Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə ŞƏKİ MRX-a aparılıb. Vəziyyəti kafi olaraq qiymətləndirilir. Hər iki faktla bağlı araşdırma aparılır.