• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1065
— 07.09.2018 12:22

Bir neçə gün öncə Kürdə batan gəncin meyiti tapıldı

KepezTV Player

Bir neçə gün öncə Kür çayının Tovuz rayonunun Hunanlar kəndi ərazisindən keçən hissəsində batan gəncin meyiti tapılıb. Rayonun Cəlilli kənd sakini 20 yaşlı Elxan Quliyev avqustun 29-da çayda çimərkən boğulub. Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları, Aviasiya dəstəsinin "Mi-17-1V" helikopteri, Gəncə Regional Mərkəzinin şəxsi heyəti, Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu və xilasediciləri cəlb olunub. Gəncin meyiti aidiyyəti üzrə təhvil verilib.