• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 945
— 06.09.2018 16:05

Şəmkir və Göygöldə müəllimlərin ənənəvi sentyabr konfransı keçirilib

KepezTV Player

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların nəticələrinə əsasən ali məktəbə ən çox qəbul Şəmkir şəhər Məhəmməd Füzuli və Cahangir Rüstəmov adına, eləcə də Kür qəsəbə 2 saylı tam orta məktəblərində qeydə alınıb. Aşağı nəticə göstərən məktəblər isə Könüllü 2 saylı, Ceyrançöl və Dağ Cəyir kənd tam orta məktəbləri olub. Şəmkirdə müəllimlərin ənənəvi sentyabr konfransında 78 təhsil ocağından 50-nin müasir binalarla təmin edildiyi, digər məktəblərində mərhələli şəkildə yenilənəcəyi diqqətə çatdırılıb. Şagirdlərin dərsə davamiyyəti, eləcə də buraxılış imtahanlarının nəticələrinin ətraflı təhlil edildiyi toplantıda yeni uğurların qazanılması üçün məktəb direktorları qarşısnda konkret tələblər qoyulub. Rayonda yaradılan Gənc Müəllimlər Birliyinin fəaliyyəti təqdir olunub.

Göygöldə isə 11-ci siniflər üzrə 605 məzundan 31-i fərqlənmə atestatı alıb. Şəhər 1, 3 və 4 nömrəli, eləcə də Göyçəkənd tam orta məktəblərindən ali məktəblərə qəbul göstəricisi daha yaxşı olub. Təhsil işçilərinin sentyabr konfransında məktəblərdə şagirdlərin dərsə davamiyyəti məsələsinə də toxunulub. Çaylı, Göyçəkənd və Qırıxlı kəndlərində dərsdən yayınma halları qeydə alınmaması müsbəl hal kimi dəyərləndirilib. Uğurlarla yanaşı bəzi məktəblərdə mövcud olan nöqsanlar da təhlil edilib. Ali məktəbə qəbul qeydə alınmayan Kərəmli və Köşkü kənd tam orta məktəblərinin rəhbərlərinə müvafiq tövsiyyələr verilib.

Natiq Hüseyn