• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 885
— 06.09.2018 16:02

Yeniyetməni yük maşını vurdu

KepezTV Player

Şabranda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol qəzası olub. Bakı-Quba yolunun rayonun Ağalıq kəndi ərazisindən keçən hissəsində Söhbətli kənd sakini, 12 yaşlı Eyyub Musayev "Ford" markalı yük avtomobili ilə vurulub. Yaralı Şabran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağırdır.Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırma aparılır.