• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2096
— 05.09.2018 15:19

Gürcüstan nümayəndə heyəti Məhsəti Gəncəvi Mərkəzində təşkil olunan sərgidə iştirak edib

KepezTV Player

Gürcüstan nümayəndə heyəti Gəncədə yerləşən Məhsəti Gəncəvi Mərkəzində təşkil olunan sərgidə iştirak edib. Qonaqlar muzeydə əl işləri, rəsm əsərləri və eksponatlarla tanış oldular. Onlar, Gəncə Dövlət Kamera orkestrasının təqdim etdiyi konsertdə iştirak edərək, ifa olunan əsərlərdən zövq aldılar. Gürcüstanın KODA İctimai Təhsil Mərkəzi və “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi, Avropa Birliyinin maliyyə dəstəyi ilə təşkil olunan təbirə, eyni zamanda Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi, Şərq tərəfdaşlığı ölkələrinin Ərazi Əməkdaşlıq Proqramının Azərbaycan-Gürcüstan arasında turizm potensialının artırılması layihəsini Gəncə, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl regionlarında həyata keçirilir. Fəaliyyət planına əsasən ölkələr arasında mübadilə proqramı da həyata keçirilir.