• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 961
— 05.09.2018 14:44

Gəncə bulvarında iməcilik: çay hövzəsi tullantılardan təmizləndi

KepezTV Player

Gəncə çayının məcrası, “Təmiz bulvar, təmiz Gəncə” adlı layihəsinin ikinci mərhələsi çərçivəsində baş tutan aksiya ilə təmizlənib. Bulvar Kompleksinin işçiləri, gənclər və könüllülər çayın 1600 metr uzunluğunda olan bulvar hissəsini müxtəlif tullantılardan təmizləyiblər. Gəncəçayının sağ və sol sahilini eləcə də hövzəni tullantılardan təmizləmək burada istirahətə gələnlərər üçün ekoloji vəziyyəti yaxşılaşdırmaqdır.

Rüstəm Bağırov - "Gəncəçay" Park Bulvar Kompleksinin rəisi: "Gəncəçay" Park Bulvar Kompleksinin nəzdində fəsliyyət göstərən könüllülər təşkilatının fəal üzvləri hər gün bulvarda olurlar. Burada olan sakinlərlə təbliğat aparırlar. Bulvarımızı və Gəncəmizi təmiz saxlamq üçün ətraflı məlumat verirlər. Növbəti layihəmiz “Əli və Nino” fantanının təmizlənməsi, Bayraq meydanının sağ və sol hissəsinin təmizlənməsi və sonda böyük bir təntənəli şəkildə tədbiri keçirməyi nəzərdə tutmuşuq.

 

Elnur Vahidoğlu