• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1239
— 05.09.2018 14:58

Gəncədə 75-ə yaxın pedaqoq təlimlərə cəlb olunub

KepezTV Player

“Sağlamlıq imkanları məhdud uşaqlarla işləyəcək müəllimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi” layihəsi çərçivəsində 75-ə yaxın pedaqoq Gəncədə təlimlərə cəlb olunub. Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar” üzrə II qrand müsabiqəsinin qalibi olan layihə fiziki qüsurlu şagirdlərlə işləyəcək müəllimlərin bilik və bacarıqlarının artırılması, həmin uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi daşıyır. Təlim zamanı ölkədə 60 minə yaxın sağlamlıq imkanları məhdud məktəblinin olduğu halda, onların cəmi 2 min nəfərinin təhsilə cəlb olunduğu vurğulayıb. Layihə çərçivəsində 45 nömrəli tam orta məktəbdə seminarlarlar təşkil olunacaq, pedaqoqlar arasında inklüziv təhsillə bağlı maarifləndirmə işi aparılacaq. Təlimlər sentyabr ayının 10-dan başlayacaq və 5 gün müddətində davam edəcək. Seminara hər gün 15 yeni müəllim cəlb olunacaq.