• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1900
— 05.09.2018 15:06

Şəmkirdə əmək yarmarkası keçirilib

KepezTV Player

Şəmkirdə 98 nəfərə müxtəlif sahələrdə işlə təmin olunmaları üçün göndərişlər verilib. 8 rayon sakini peşə hazırlıq kurslarına cəlb olunub. 12 nəfər isə içtimai işlərlə təmin edilməsi üçün qeydiyyata alınıb. Bu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfində rayonda baş tutan əmək yarmarkası nəticəsində mümkün olub. Yarmarkada 11-i özəl olmaqla 20 müəssisə iştirak edib. 500-ə yaxın iş axtarana 350 boş iş yeri təqdim olunub. Həmin yerlərdən 51-i özəl 299-u isə dövlət müəssələrinin payına düşüb. Boş iş yerləri üzrə minimum əmək haqqı 140, maksimum isə 1007 manat təşkil edib. Bu ilin geridə qalan ayları ərzində Şəmkir rayon Məşğulluq Mərkəzinə 1269 nəfər müraciət edib. Onlardan 375 nəfəri işlə təmin olunub. 22 nəfər haqqı ödənilən içtimai işlərə cəlb edilib.

Rauf Məmmədov - Şəmkir Rayon Məşğulluq Mərkəzinin baş məsləhətçisi: Yarmarkanın keçirilməsində məqsəd işə götürənlərlə iş axtaranları bir araya toplamaq və onları real vaxt ərzində boş iş yerləri ilə tanış etməkdir. Əgər iş axtaranlarımız ixtisaslarına və peşələrinə uyğun hal-hazırda iş tapmasalar məşğulluq mərkəzi ilə növbəti aylarda əlaqə saxlaya bilərlər. Məşğulluq mərkəzi daim iş axtaranların xidmətindədir.

 

Natiq Hüseyn