• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1365
— 05.09.2018 12:44

10 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub

KepezTV Player

Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində 10 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub. Xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 10 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.