• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1143
— 05.09.2018 13:01

Toyda qətl törədildi

KepezTV Player

Ağcabədidə toyda qətl hadisəsi törədilib. Ağcabədi şəhər sakini, 28 yaşlı Qurban Qurbanzadə toyda şəxsi münasibətlər zəminində həmyerlisi, 40 yaşlı Zaur Sadıqovla mübahisə edib. Mübahisə zamanı Qurbanzadə üzərində gəzdirdiyi bıçaqla Zaur Sadıqova çoxsaylı xəsarətlər yetirərək hadisə yerindən qaçıb. Yaralı toy iştirakçıları tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və Qurban .Qurbanzadənin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.