• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1735
— 04.09.2018 16:25

Gəncədə şəhər rəhbərliyinin sakinlərlə səyyar görüşü olub

KepezTV Player

“Açıq mikrafon” şəraitində keçən görüşdə vətəndaşlar öz şikayətlərini dilə gətirib, müxtəlif təkliflərlə çıxış ediblər. Səslənən müraciətlər arasında işlə təminat, Qarabağ müharibəsi iştirakçıları və Çernobıl əlillərinə sanatoriyalara göndərişlərin verilməsi, ərazidə bankomatların quraşdırılması, təbii qazın verilişində yaranan vaxtaşırı fasilələr, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hərracla satılması  kimi məslələr üstünlük təşkil edib. Ümumilikdə 40-dan artıq şikayət və təklif dinlənilib. Bir çox  məsələlər yerindəcə öz həllini tapdığı görüşdə digər problemlərin araşdırılaraq aradan qaldırılması üçün aidiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilib.