• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1662
— 04.09.2018 16:25

“ASAN” avtobus Kür qəsəbəsində

KepezTV Player

Ölkə başçısının tapşırığına əsasən,  “ASAN” mərkəzlərin fəaliyyət göstərmədiyi şəhər və rayonlarda ən müasir texnoloji avadanlıqlarla təchiz edilən xüsusi avtobuslar sakinlərin ixtiyarındadır. Daim rayon mərkəzlərində görməyə alışdığımız səyyar asançılar bu dəfə böyük bir heyyətlə kənd və qəsəbələrədə yolunu salıb. Növbəti dayanacaq isə Şəmkirin  Kür qəsəbəsi seçilib. 

Atlas İsmayılova sakin: Asan Xidmətin səyyar işçiləri Kür qəsəbəsində fəaliyytə göstərirlər. Biz bu fəaliyyəti inanın ki bayram kimi qəbul edirik. Çünki bizə çox yüksək səviyyədə xidmət göstərilir.

İndi nəinki Şəmkirin Kür qəsəbəsi, ətraf rayonların sakinləri də vaxt itirmədən və uzun məsafə qət etmədən burada qurulan mobil ofisdə lazımi sənədləri qısa müddət ərzində əldə edirlər. Sakinlər deyirki, operativlik, şəffaflıq və rahatlıq baxımından ASAN Xidmət əsil nümunədir.

Kamandar Allahverdiyev sakin: Əvvəlcə rayona getmək-gəlmək çətin olurdu. Vaxtın gedirdi. İndi çox asandır. Gəlib hamı sənədini düzəltdirir minnətdarıq.

Kür qəsəbəsində ilk dəfə olan Asan Xidmətin səyyar avtobusuna gündəlik olaraq 100-dən çox vətəndaş müraciət edir. Bir neçə dövlət orqanın fəaliyyətini bir yerdə həyata keçirən səyyar asançılar vətəndaş məmunluğunu təmin etmək üçün bütün müraciətləri fərdi qaydada dinləyir və onlara lazımı yardım göstərirlər.

Vüsal Rzayev qrup rəhbəri: Şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi ümumvəətndaş pasportları ilə bağlı sürücülük vəsiqəsinin dəyidirilməsi notariot xidmətlərinin yerinə yetirilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı əmək pensiyalarının təyin edilməsi ilə bağlı xidmətlər göstərilir. Mürcaitələrimiz çoxdur.

Şəmkirin Kür qəsəbəsində və ya ətraf  kəndlərdə kiminsə sənədləşmə işi qalıbsa, hələ vaxtınız var. Çünki ildən- ilə fəaliyyət xəritəsini genişləndirən ASAN xidmət avtobusu  sentyabrın17-nə kimi Kür qəsəbəsində olacaq.  

Natiq Hüseyn