• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2107
— 04.09.2018 14:29

Batan şəxslərin axtarışlarına amfibiya təyyarəsi cəlb olunub

KepezTV Player

Mingəçevir su anbarında - nəzarətsiz ərazidə avqustun 29-da batdığı ehtimal olunan 24 yaşlı Kamil Hüseynovun və Kür çayının Tovuz rayonu Hunanlar kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 20 yaşlı Elxan Quliyevin axtarışları davam edir. FHN-dən verilən məlumata görə, axtarışlara nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları, Aviasiya dəstəsinin "BE-200 ÇS" amfibiya təyyarəsi və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.