• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 685
— 04.09.2018 14:27

Buraxılış məntəqəsində ağır qəza: sərhədçi həyatını itirdi

KepezTV Player

Dövlət Sərhəd Xidməti buraxılış məntəqəsindəki ağır yol qəzası ilə bağlı məlumat yayıb. Ötən gün saat 21:10 radələrində “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsinin rejim zonasında Azərbaycandan Gürcüstana gedən bu ölkə vətəndaşı, 25 yaşlı Levan Ajevanidze sükanı arxasında olduğu yük avtomobilinin idarəetməsini itirib. Nəticədə nəqliyyat vasitəsi bu­raxılış məntəqəsinin darvazısını sındırıb və Dövlət Sərhəd Xidmətinin həmin yerdə xidmət aparan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 24 yaşlı çavuş Ələnnur Süleymanovu vurub. Hərbi qulluqçu aldığı xəsarətlərdən həyatını itirib. Hadisə zamanı 1 minik avtomobili əzilib, 2 mülki şəxs yüngül xəsarət alıb. Qəzanı törədən sürücü saxlanılıb və Qazax Rayon Polis Şöbəsinə təhvil verilib. Hazırda hadisə ilə əlaqədar istintaq tədbirləri həyata keçirilir.