• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2082
— 03.09.2018 14:59

Göygöldə Fermerlər şurası yaradılıb

KepezTV Player

Artıq fermerlərin təkliflərini, eləcə də qarşıladıqları problemlərini bir başa deyə biləcəkləri ünvarı var. Fermerlər şurası. Aqrar rayon olan Göygöldə də belə bir qrum yaradılıb.
 

Taleh Hüseynov - fermer: Bizdə su problemləri çox olur. Gübrələrimiz gecikir. Vaxtında gübrələr lizinqə verilsə bizdə dekabr ayına qalmarıq. Bizim gübrə olsa, suyumuz olsa bundan da gözəl məhsul götürərik.

Taxıl toxumu və şəkər çuğundurunun əkini ilə məşğul olan fermer Taleh Hüseynov kimi digərlərinin qarşılaşdığı çətinliklər Göygöldə 1489 ailə və kəndli fermer təsərrüfatının müraciət edə biləcəyi fermer şurası tərəfindən araşdırılacaq və yoluna qoyulacaq. Kəndlilər şuraya müraciət edib məsləhətlər də ala bilərlər. Rayonda Fermerlər şurasının təsis yığıncağında qurumun sədri, müavinləri və katib seçilib.

Süliddin Mahmudov - Göygöl Rayon Fermerlər Şurasının sədri: Göygöl rayonu Fermerlər şurası yaranmamışdan qabaq elə problemlər var idi ki, biz tək başına ayrı-ayrı bu məslələri qrumların qarşısında qaldıra bilmirdik. Ancaq fermerlər şurası rəsmi şəkildə bu məsələni qaldıracaq. Aidiyyatı qrumlar şuranın çıxardığı qərarları, göndərdiyi məktublara cavab verəcək. Fermərlin məsələsi qısa müddətdə həll olunacaq.

Fermerlərin mövcud problemlərinin öyrənilməsi, İctimai nəzarətin həyata keçirilməsi, subsidiyaların verilməsində şəffaflığın təmin olunmasında iştirak etmək, fermerlər və istehsalçılar arasında rəy sorğusunun keçirilməsi, aqrar sahədə mövcud problemlərin aradan qaldırılması və bu sahənin inkişafı ilə bağlı təkliflər vermək şura nizamnəməsinin əsasını təşkilı edir.

Aydın Cəfərov - fermer:Yaranan bu fermer şurasına minnətdarlq edirəm ona görə ki, bu bizim işlərə gələcəkdə çox yaxşı kömək olacaq, dəstək olacaq. Fermerlərə eləcədə kənd əhalisinə böyük köməyi dəyəcək.

İclasda həmçinin fermerlər onları maraqlanıdıran və narahar edən məsələlər barədə təkliflər də səsləndiriblər.

 

Elnur Vahidoğlu