• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1394
— 03.09.2018 14:53

İşlə təmin olunmaq üçün Göygöl Rayon Məşğulluq Mərkəzinə 1000-dən artıq müraciət olub

KepezTV Player

Cari ildə Göygöl Rayon Məşğulluq Mərkəzinə, işlə təmin olunmaq üçün 1000-dən artıq müraciət olunub. 84-ü qadın olmaqla müraciət edən vətəndaşlardan 249-u daimi işlə təmin olunub. Göndərişlər arasında qaynaqçı, bağban, fəhlə, xadimə və kompyuter mühəndisliyi kimi peşələr üstünlük təşkil edib. 80-ə yaxın ali təhsilli, dövlət qulluğuna imtahan vermək üçün yönəldilib və onlardan 13 nəfəri rayonun müxtəlif dövlət orqanlarında işlə təmin olunub. İxtisas dəyişimi üçün 185 nəfərə peşə yönümlü məsləhətlər verilib.

Elşən Həsənov - Göygöl Rayon Məşğulluq Mərkəzinin məsləhətçisi: Hal-hazırda 254 böş vakant yerlər var. Onların içərisində ali təhsillər üçündə yerlər var. Fəhlələr və müxtəlif ixtisaslar üçündə yerlər var. Peşə kursalarının təşkilində əsas məqsəd isə orta ixtisas boş vakant yerlərinə uyğun peşə kursu təşkil edib, həmin ixtisas üzrə iş axtaranları o yerlərə göndərmək istəyrik.

 

Elton Cabbarlı