• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1628
— 31.08.2018 14:31

Şəmkirdə gənclərlə debat təşkil olunub

KepezTV Player

Şəmkir Heydər Əliyev Mərkəzində “Dinimiz mənəvi dəyərimizdir” adlı maarifləndirici tədbir keçirilib. Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərimizin üzərinə düşən mühüm vəzifələrdən danışılıb. Ölkəmizin İslami dəyərlərə verdiyi yüksək qiymətdən söz açan natiqlər bəzi müsəlman ölkələrində baş verən silahlı münaqişələri qətiyyətlə pisləyiblər. Gənclərimizi belə iğtişaşlardan uzaq olmağa çağırıblar.Mövzu ilə bağlı təkliflərini səsləndirilib. Rayon ictimayyətinin, xüsusi ilə də gənclərin maarifləndirilməsi üçün belə tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. Sonda tədbir iştirakçılarına “Din və Xurafat”, “Azərbaycanda İslam dəyərlərinə hörmət” mövzularınada qısa metrajlı film nümayiş etdirilib.

 

Natiq Hüseyn