• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2521
— 31.08.2018 14:19

Şəmkirdə əhalinin su ilə təminatı yaxşılaşdırılır

KepezTV Player

Şəmkir şəhərinin su-kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi son tamamlanma mərhələsindədir. İşlər 12460 abonentin su ilə təminatının yaxşılaşdırılmasına hesablanıb. Bu günə kimi şəhər ərazisində daxili kanalizasiya xətlərinin 71.5%-i, kollektor xəttinin 83%-i, su xətlərinin isə 92%-i çəkilib. Layihə başa çatan ərazilərdə evlərə mexaniki və smart-kart tipli su sayğacları quraşdırılır. Rayonda artıq 200 şəbəkə qurulub və bir neçə anbar kompleksinin tikintisi başa çatıb. Tullantı suları isə şəhərin cənub istiqamətində inşası aparılan təmizləyici qurğularda təmizlənəcək. Şəmkirin su təminatının mənbəyi Dəllər Cəyirdə yerləşən su anbarı və Şəmkir Dəryaçasıdır. 

Aslanlı Hüseynov - Şəmkir Sukanal idarəsinin rəisi: Şəmkir şəhəri üzrə yeni su təchizatı əsasında küçədaxili su şəbəkələrini çəkilişi işləri aparılır, bu da işlərin son tamamlanması deməkdir. Qaryağdı yaşayış massivində fərdi yaşayış evlərinə su xəttlərindən çıxışlar verilir və sayğacquraşdırılma işləri aparılır. Hazırda Şəmkir şəhərinə içməli suyun yeni xəttlər vasitəsilə verilməsi təmin edilir.

 

Xaliq Qurbanlı