• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1999
— 31.08.2018 14:52

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər ağsaqqalları ilə görüşüb

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ilk görüşlərindən biri şəhər ağsaqqalları ilə olub. Elm, səhiyyə, mədəniyyət, idman və digər sahələri təmsil edən 50-yə yaxın ağsaqqal ziyalı ilə görüşün məqsədi dövlət başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq ağsaqqaların fikirlərini öyrənmək, şəhərdə olan problemlər barədə məlumat almaq, onların həlli istiqamətində təklifləri dinləməkdir. "Bu baxımdan sizin dəstəyinizə ümid edirəm”, - deyən Niyazi Bayramov tarixən mədəniyyət beşiyi hesab edilən Gəncənin həm də ziyalılar şəhəri olduğuna diqqət çəkib. Görüşdə Gəncə və gəncəlilərin hər zaman dövlətçiliyə xidmət etdiyi, daim ölkə rəhbərinin yanında olduğu xüsusi vurğulanıb. Çıxışlar zamanı həlli vacib hesab olunan məsələlərlə bağlı məlumatlar verilib, bir sıra təkliflər səsləndirilib. Görüş qarşılıqlı diskussiya şəklində davam edib.