• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1744
— 31.08.2018 14:36

Ramin Quluzadə Naftalanda qəbul keçirib

KepezTV Player

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Naftalan şəhərində vətəndaşlarla görüşüb. Naftalanla yanaşı, Gəncə, Göygöl, Samux, Goranboy, Daşkəsən, Kəlbəcər və Xocalı sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların qaldırdıqları məsələlərin həlli üçün nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Əksər müraciətlər yerində müsbət həllini tapıb. Müraciətlər telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələləri əhatə edib. Bəzi vətəndaşlar tərəfindən qaldırılan məsələlər nazirliyin səlahiyyətlərinə aid olmadığı üçün müvafiq qurumlara ünvanlanması üzrə qeydiyyata alınıb. Qeyd edək ki, görüş mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilib.

 

 

Natiq Hüseyn